Rusiyanın hücumu nəticəsində Kiyevdə azı 20 nəfərin həlak olmasından sonra 3 iyul paytaxtda matəm günü elan edilib

17:00, 02.07.2026

Rusiyanın hücumu nəticəsində Kiyevdə azı 20 nəfərin həlak olmasından sonra Ukraynanın paytaxtında 3 iyul matəm günü elan edilib.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin bütün bələdiyyə binalarında dövlət bayraqları endiriləcək. Şəhər rəhbərliyi həmçinin dövlət bayraqlarının həm dövlət, həm də özəl binalarda yarıya qədər endirilməsini tövsiyə edib.

Merin sözlərinə görə, həmin gün Kiyevdə bütün əyləncə tədbirləri ləğv olunub. O əlavə edib ki, xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

“Paytaxtın Darnıtski rayonunda zədələnmiş binada axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər dağıntılar altında qalan insanları axtarmağı davam etdirirlər”, – deyə Kliçko bildirib.

Qeyd edək ki, ötən gecə Rusiya qüvvələri Kiyevə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 20 nəfər həlak olub, 90 nəfər yaralanıb. Dağıntılar altından yeddi nəfər sağ çıxarılıb.

Oxşar