Rusiyanın hücumları nəticəsində Kiyevdə yerləşən Litva səfirliyinin zərər görməsinə görə Rusiyanın nümayəndəsi Litvanın Xarici İşlər Nazirliyinə çağırılacaq
Rusiyanın gecə saatlarında Kiyevə etdiyi hücum nəticəsində Litvanın səfirliyi zərər görüb, buna görə də Rusiyanın nümayəndəsi Litvanın Xarici İşlər Nazirliyinə çağırılacaq.
Litvanın xarici işlər naziri Kestutis Budris səfirlik binasının zərər görməsinə münasibət bildirib. Onun sözlərinə görə, Kremlin məqsədi dağıntı, ölüm və qorxutmaqdır.
“Kiyevə dünən gecəki Rusiyanın hücumları zamanı Litvanın səfirliyi də zərər görüb. Raketlər səfirlikdən bir neçə metr aralıya düşüb. Xoşbəxtlikdən, əməkdaşlarımız xəsarət almayıblar. Bu gün Litvanın Xarici İşlər Nazirliyi Vilnüsdəki Rusiyanın nümayəndəsini çağıracaq” – Litvanın xarici işlər naziri Kestutis Budrisin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, iyulun 31-i gecəsi Rusiyanın Kiyevə etdiyi raket hücumu nəticəsində doqquz nəfər həlak olub, 23 nəfər yaralanıb. Kiyevin meri Vitali Kliçkonun bəyanatına əsasən, hücumların hədəfi Kiyevin beş rayonu olub.