Rusiyanın həyata keçirdiyi hücumlar səbəbindən Enerqodar əhalisinin böyük bir hissəsi işıqsız qalıb

13:36, 30.10.2022

Rusiyanın həyata keçirdiyi hücumlar səbəbindən Enerqodar əhalisinin böyük bir hissəsi işıqsız qalıb.

Məlumatı Ukrayna mediası Enerqodar merinə istinadən yayır.

“İşğalçılar səhərə təxribatlarla başladılar. Rusların hücumları nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb”, – Dmitri Orlov “telegramda” yazır.

Merin məlumatına görə, xüsusi xidmət orqanları enerji infrastrukturuna dəyən zərərin qiymətləndirilməsi və nasazlığın aradan qaldırılması üzərində işləyirlər.

Oxşar