Rusiyanın hərbi helikopteri Polşanın hava məkanını qısa müddətə pozub, buna görə də Polşa döyüş təyyarələrini havaya qaldırıb və quru qoşunlarını hazır vəziyyətə gətirib
Rusiyanın hərbi helikopteri Polşanın hava məkanını qısa müddətə pozub, buna görə də Polşa döyüş təyyarələrini havaya qaldırıb və quru qoşunlarını hazır vəziyyətə gətirib.
Məlumatı “BBC” Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığına istinadən yayır.
Polşa hərbi idarəsinin məlumatına əsasən, Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8” tipli helikopter Branievo şəhərinin şimalında Polşanın hava məkanına təxminən 300 metr dərinlikdə daxil olub və orada 42 saniyə ərzində qalıb.
“İnsidentin xarakteri göstərir ki, Rusiya yenidən bizim hava hücumundan müdafiə sistemimizin hazırlığını yoxlayır. Polşa Respublikasının hava hücumundan müdafiə sistemlərinin heyəti günün 24 saatı hava məkanını müşahidə edir və Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün daimi hazır vəziyyətdə qalır” – bəyanatda qeyd olunub.