Rusiyanın hava hücumu nəticəsində Zaporojiedə bir neçə yaşayış evində yanğın baş verib, bir neçə yaşayış məntəqəsinə elektrik enerjisi verilmir
Ukrayna mediasının məlumatına əsasən, gecə ərzində rus qüvvələrinin hava hücumu nəticəsində Zaporojiedə bir neçə yaşayış evində yanğın baş verib.
Onların məlumatına əsasən, bir neçə yaşayış məntəqəsinə elektrik enerjisi verilmir.
Bu vaxta olan məlumata əsasən, hücum tələfatla nəticələnməyib.
Bununla yanaşı, Ukrayna Müdafiə Qüvvələrində son 24 saat ərzində rus ordusunun 910 əsgərini qətlə yetirdiklərini və onların 35 artilleriya sistemini məhv etdiklərini bildirirlər.