Rusiyanın hava hücumu nəticəsində Xersonda 6 nəfər həlak olub
Rusiya tərəfindən Xersona edilmiş hava hücumu nəticəsində 6 nəfər həlak olub. Bu haqda məlumatı Ukrayna mediası yayır.
Medianın məlumatına əsasən, hücum nəticəsində 6 nəfər də xəsarət alıb. Xersonun Vilayət Administrasiyasının rəhbərinin məlumatına əsasən, hava hücumu Xersonun mərkəzinə edilib.
“Ruslar səhər saat 9-da şəhərə hücum etdilər. Bu, bizim düşmənin qəddarlığının və iyrəncliyinin daha bir sübutudur” – Aleksandr Prokudin qeyd edib.