Rusiyanın qüvvələri Ukraynaya dronlarla hücum ediblər, enerji və mülki infrastruktura ziyan dəyib

11:06, 17.10.2024

 
Rusiya qüvvələri gecə Ukrayna istiqamətində 56 pilotsuz uçuş aparatı atıblar, onlardan 22-sini vurmaq mümkün olub.

Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, pilotsuz uçuş aparatları Sumi, Kiyev, Poltava, Çerniqov, Jitomir, Mikolaiv, Çerkasi, Odessa və Ternopil vilayətlərində vurulub.

Ukraynanın paytaxtına edilmiş hücum nəticəsində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Xəsarət alanlar haqda bu vaxtadək məlumat yayılmayıb.

Mikolaiv vilayətinə hücum nəticəsində enerji infrastrukturuna ziyan dəyib, bu səbəbdən əhali işıqsız qalıb.

Oxşar