Rusiyanın qüvvələri Ukraynanın Kirovoqrad vilayətinin inzibati mərkəzinə kütləvi hücum həyata keçiriblər

11:01, 20.03.2025

 
Rusiyanın qüvvələri Ukraynanın Kirovoqrad vilayətinin inzibati mərkəzinə Kropivnitski şəhərinə kütləvi hücum həyata keçiriblər. Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayır.

Xidmətin məlumatına əsasən, on nəfər yaralanıb, onların dördü uşaqdır. Bir neçə rayonda yaşayış evlərinə ziyan dəyib.

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına əsasən, bu, müharibə başlayandan bəri şəhərə edilən ən kütləvi hücum olub. Rusiyanın qüvvələri Kropivnitski şəhərinə hücumu “Shahed” dronları ilə həyata keçiriblər.

Oxşar