Rusiyanın qüvvələri Nikopolun mərkəzi bazarına hücum ediblər
Rusiyanın qüvvələri Nikopolun mərkəzi bazarına hücum ediblər. Bu haqda məlumatı Ukraynanın fövqəladə hallar xidmətləri yayır.
Medianın məlumatına əsasən, hücum nəticəsində 8 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib, 3 yaralının vəziyyəti isə ağırdır.
Mövcud məlumata əsasən, ticarət obyektlərinə ziyan dəyib. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, şəhərin mərkəzi bazarına hücum kamikadze-dron vasitəsilə həyata keçirilib.