Rusiyanın Dnipro şəhərinə və Dnepropetrovsk vilayətinə hücumu nəticəsində həlak olanların sayı 21-ə qədər artıb
Rusiyanın Ukraynanın Dnipro şəhərinə hücumu nəticəsində qurbanların sayı 19-a qədər artıb, ümumilikdə isə iyunun 24-də törədilən hücumda vilayətdə 21 nəfər həyatını itirib, 300-dən çox insan isə yaralanıb.
Bu barədə Dnepropetrovskun Hərbi Vilayət Administrasiyasının rəhbəri Serqey Lisak bildirib.
İyunun 24-də Rusiya qüvvələri Dnepropetrovsk vilayətinə raket zərbəsi endiriblər. Dnipro şəhərinə hücum nəticəsində şəhərin infrastrukturuna, qatara, yaşayış binalarına, təhsil və tibb müəssisələrinə, inzibati binaya və avtomobillərə ciddi ziyan dəyib. Həmçinin, işğalçı qüvvələrin hədəfində Samar şəhəri də olub.
İyunun 25-i Dnepropetrovsk vilayətində matəm günü elan edilib.