Rusiyanın Çindəki səfiri Si Dzinpinin mayın 9-da Moskvada paradda iştirak etməyi planlaşdırdığını bildirir

13:52, 10.02.2025

 
Rusiyanın Çindəki səfiri İqor Morqulov Çinin Prezidenti Si Dzinpinin mayın 9-da Moskvada paradda iştirak etməyi planlaşdırdığını bildirir.

İqor Morqulov bildirib ki, Çinin Prezidenti Moskvadan paradda iştirak etmək üçün dəvət alıb və cavab olaraq Vladimer Putini Çində İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş bayram tədbirlərinə dəvət edib.

Pekin Si Dzinpinin Rusiyaya mümkün səfəri ilə bağlı hələlik rəsmi şərh verməyib. Si Cinpin sonuncu dəfə 2023-cü ilin martında Moskvaya səfər edib.

Oxşar