Rusiyanın BMT-dəki daimi nümayəndəsi - Beynəlxalq ictimaiyyət ABŞ-nin Venesuelada keçirilən hərbi əməliyyatdan sonra özünü bir növ "ali hakim" kimi göstərməsinə icazə verməməlidir
Beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatlarının Venesuelada keçirilən hərbi əməliyyatdan sonra özünü bir növ “ali hakim” kimi göstərməsinə icazə verməməlidir – bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyanat verib.
“Amerika Birləşmiş Ştatlarına özünü bir növ ali hakim, beynəlxalq yurisdiksiya, suverenlik və müdaxilə etməmək anlayışlarına baxmayaraq, istənilən ölkəyə hücum edə, cinayətkarları müəyyən edə, cəza tətbiq edə və onu icra edə bilən yeganə səlahiyyətli şəxs kimi göstərməsinə icazə verilməməlidir” – rus diplomat bildirib.
Onun sözlərinə əsasən, ABŞ Venesuelada keçirilən hərbi əməliyyatla neokolonializmə təkan verir.
“Vaşinqtonun öz cinayətkar əməliyyatının həqiqi məqsədlərini — Venesuelanın təbii resursları üzərində məhdudiyyətsiz nəzarət qurmaq və Latın Amerikasında öz hegemon ambisiyalarını möhkəmləndirməyi gizlətməyə belə cəhd etməyəcək qədər misilsiz utanmazlığı xüsusilə diqqətçəkən məqamdır. Belə ki, Vaşinqton bu region və ümumilikdə Qlobal Cənub xalqları tərəfindən dəfələrlə və qəti şəkildə rədd edilmiş neokolonializmə və imperializmə yeni təkan verir” — Nebeznia bildirib.