Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri – Güzəştlərdən danışmaq üçün tezdir, deyə bilərik ki, Rusiya və ABŞ nümayəndə heyətləri bir-birini dinləməyə başlayıblar
Güzəştlərdən danışmaq üçün tezdir, deyə bilərik ki, Rusiya və ABŞ nümayəndə heyətləri bir-birini dinləməyə başlayıblar – bu haqda Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dimitriyev Ər-Riyadda ABŞ və Rusiya arasında keçirilən danışıqlardan sonra bildirib.
“Düşünürəm ki, güzəştlərdən danışmaq üçün tezdir. Deyə bilərik ki, tərəflər bir-biri ilə ünsiyyətə başlayıb, bir-birini dinləməyə başlayıb, dialoqa başlayıblar” – Dimitriyev bildirib.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə ABŞ tərəfini dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edib. Rusiya nümayəndə heyətini isə bu ölkənin xarici işlər naziri Serqei Lavrov və prezident Vladimer Putinin köməkçisi Yuri Uşakov təmsil ediblər.