Rusiyanın Belqorod şəhərində baş verən partlayışlar nəticəsində 3 nəfər həlak oldu
Rusiyanın Belqorod şəhərində baş verən partlayışlar nəticəsində 3 nəfər həlak oldu

Rusiyanın Belqorod şəhərində baş verən partlayışlar nəticəsində 3 nəfər həlak oldu. Kiyev və Moskva partlayışda bir-birini təqsirləndirirlər, – bu barədə məlumatı “BBC” yayır.

Belqorod rayonunun rəhbəri Vyaçeslav Qladkovun sözlərinə görə, ötən gecə şəhərdə partlayış səsləri eşidildi. Daha sonra o, partlayışlar nəticəsində 3 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bəyan etdi.

Qladkovun sözlərinə görə, ümumilikdə 11 çoxmərtəbəli və 30 özəl evə ziyan dəyib, onlardan 5-i tamamilə dağılıb. Elə ötən gecə Kursk vilayətinin başçısı bəyan etdi ki, Rusiya hava hücumundan müdafiə sistemi iki Ukrayna pilotsuz təyyarəsini vurdu. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Təəssüf ki, Belqorodda vəziyyət fərqlidir. Düşmənin həyata keçirdiyi hücum nəticəsində ölən və yaralanan vətəndaşlar var, dinc əhalinin evləri dağılıb.

Ukrayna tərəfinin məlumatına görə, Belqorodda çoxmərtəbəli evə Rusiyaya məxsus “”Pantsir” raketinin parçaları dəyib.

Rus senator Andrey Klişas hadisəni Ukraynanın birbaşa təcavüzü adlandırdı və hərbi də daxil olmaqla ən sərt cavab tələb etdi.