Rusiyanın Baş Qərargah rəisi Vladimer Putinin 2026-cı ildə Ukraynada təhlükəsizlik zonasının genişləndirilməsi əmrini verdiyini bildirir
Rusiyanın Baş Qərargah rəisi Vladimer Putinin 2026-cı ildə Ukraynada təhlükəsizlik zonasının genişləndirilməsi əmrini verdiyini bildirir

 

Rusiyanın Baş Qərargah rəisi Valeri Qerasimov Vladimer Putinin 2026-cı ildə Ukraynada təhlükəsizlik zonasının genişləndirilməsi əmrini verdiyini bildirir.

O bildirib ki, təhlükəsizlik zonasının genişləndirilməsinin məqsədi Belqorod və Kursk sakinlərinin dinc həyatını təmin etməkdir.

“Son bir neçə ay ərzində təhlükəsizlik zonasının genişləndirilməsi tempi artıb. Yeddi yaşayış məntəqəsi azad edilib. Rusiya Federasiyasının Prezidenti Belqorod və Kursk sakinlərinin dinc həyatını təmin etmək üçün gələn il təhlükəsizlik zonasının genişləndirilməsini davam etdirməyi qarşıya məqsəd qoyub” – Qerasimov bildirib.

Həmçinin, o bildirib ki, 2025-ci ilin dekabrında 700 kvadrat kilometr ərazi Rusiyanın hərbi nəzarəti altına keçib.