Rusiyanın Baş Prokurorluğu "Amnesty International" beynəlxalq qeyri-hökumət təşkilatını "arzuolunmaz" elan edib
Rusiyanın Baş Prokurorluğu "Amnesty International" beynəlxalq qeyri-hökumət təşkilatını "arzuolunmaz" elan edib

 

Rusiyanın Baş Prokurorluğu “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatını “arzuolunmaz” elan edib.

Rusiyanın Baş Prokurorluğu iddia edir ki, “Amnesty International”ın London qərargah binası “Kiyev rejiminin dəstəkçiləri tərəfindən maliyyələşdirilən qlobal rusofobik layihələrin hazırlanması mərkəzidir”. Qurumun bəyanatında deyilir ki, təşkilatın fəalları “regionda hərbi qarşıdurmanı gücləndirmək üçün hər şeyi edirlər – ukraynalı neonasistlərin cinayətlərinə bəraət qazandırırlar, onların maliyyələşdirilməsinin artırılmasına çağırırlar, Rusiyanın siyasi və iqtisadi cəhətdən təcrid olunmasını tələb edirlər”.

Baş Prokurorluqda bəyan ediblər ki, “Amnesty International”ın nümayəndələri “ekstremist təşkilatları dəstəkləyirlər” və “xarici agentlərin fəaliyyətini maliyyələşdirirlər”.

Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən aparılan “arzuolunmaz” təşkilatların siyahısına hələlik “Amnesty International” daxil edilməyib (adətən, bu, Baş Prokurorluğun press-relizinin dərcindən bir həftə sonra baş verir).

Hazırda bu siyahıda ümumilikdə 223 təşkilat var.