Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarından, o cümlədən turistlərdən fiziki zorakılıq və sənədlərin yoxlanılması haqda şikayətlər aldıqları barədə məlumat verir
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda Rusiya vətəndaşlarından, o cümlədən turistlərdən fiziki zorakılıq və sənədlərin yoxlanılması haqda şikayətlər aldıqlarını bəyan edir.
Bu barədə səfirliyin bəyanatında deyilir.
“Medianın nümayəndələri tərəfindən Bakıda son vaxtlar inkişaf etmiş hadisələrlə bağlı çoxsaylı şərh xahişi ilə əlaqədar olaraq bildiririk ki, son 24 saat ərzində səfirliyə Azərbaycan Respublikası ərazisində, o cümlədən turizm məqsədilə olan Rusiya vətəndaşlarından çoxlu müraciət daxil olub. Onlar bəzilərinin özlərini polis kimi təqdim etdiyi mülki geyimdə olan şəxslərin onların yaşadıqları ünvanlara getməsi haqda bizə məlumat verirlər. Onlar Rusiya vətəndaşlarının ölkəyə gəliş məqsədi ilə maraqlanıblar və onların sənədlərini yoxlayıblar. Bu şəxslərdən bəzilərinin dediyinə görə, onlara və onların ailə üzvlərinə qarşı fiziki zorakılıq tətbiq olunub” – Rusiyanın Bakıdakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik Rusiya vətəndaşlarını bütün bu kimi hadisələrlə bağlı diplomatik nümayəndəliyə məlumat verməyə çağırır.