Rusiyanın aneksiya etdiyi Sevastopolun yerli hakimiyyət orqanlarının məlumatına görə, Qara Dəniz donanmasının şəhərdəki qərargahına pilotsuz uçuş aparatının hücumu nəticəsində 5 nəfər yaralandı
Rusiyanın aneksiya etdiyi Sevastopolun yerli hakimiyyət orqanlarının məlumatına görə, Qara Dəniz donanmasının şəhərdəki qərargahına pilotsuz uçuş aparatının hücumu nəticəsində 5 nəfər yaralandı

Rusiyanın aneksiya etdiyi Sevastopolda pilotsuz uçuş aparatının Qara Dəniz donanmasının qərargahına hücumu nəticəsində 5 nəfər yaralandı. Məlumatı yerli hakimiyyət orqanlarına əsaslanaraq “BBC”nin rusdilli bürosu yayır.

Aneksiya edilmiş şəhərin rəhbəri, Mixail Razvojayevin dediyinə görə, pilotsuz uçuş aparatı Rusiya Qara Dəniz Donanmasının qərargahının həyətində qeydə alındı. Yaralılar qərargahın əməkdaşlarıdılar. Hazırda hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidməti işləyir.

Razvojayevin sözlərinə görə, insidentlə əlaqədar Qara Dəniz Donanması Günü münasibətilə şəhərdə planlaşdırılan bütün tədbirlər ləğv edildi.