Rusiyanın "Aeroflot" aviaşirkətinin informasiya sistemində nasazlığa görə onlarla reys ləğv edilib
Rusiyanın “Aeroflot” aviaşirkətinin informasiya sistemində nasazlığa görə onlarla reys ləğv edilib.
Aviaşirkətdə bəyan etdikləri üzrə, səhərdən Rusiyanın paytaxtından planlaşdırılan 42 uçuş ləğv edilib. O cümlədən, Həştərxan, Qroznı, Yekaterinburq, Yerevan, Kazan və Minskə uçuşlar.
Bununla yanaşı, aviaşirkətdə ləğv edilmiş uçuşların sərnişinlərinə əvvəlcədən qeydiyyatdan keçmiş baqajlarını götürmələri və Şeremetevo Hava Limanını tərk etmələri tövsiyə olunub. Onlar bilet üçün ödənilmiş məbləği on gün ərzində geri ala biləcəklər.
“Aeroflot” aviaşirkətində gün ərzində planlaşdırılan digər uçuşların da təxirə salınacağını istisna etmirlər.
Bununla yanaşı, rus mediasının məlumatına əsasən, Nəqliyyat Prokurorluğu informasiya sistemində baş vermiş nasazlıqla bağlı istintaq başladıb.
“Aeroflot” Rusiyanın ən böyük aviasiya qrupudur. “Aeroflot”, “Rossiya” və “Pobeda” şirkətləri bu qrupda birləşib. 2024-cü ildə hər üç aviaşirkət 55 milyondan çox sərnişin daşıyıb.
Məlumat üçün bildirək ki, son vaxtlar Rusiyada reyslər dəfələrlə ləğv edilib. Buna səbəb Ukrayna dronlarının hücumlarıdır.