Rusiyadan qaynaqlanan təhdidlər fonunda Danimarka polis və kəşfiyyat xidmətlərinin imkanlarını gücləndirir
Rusiyadan qaynaqlanan təhdidlər səbəbindən Danimarkada polis və kəşfiyyat xidməti gücləndirilir. Bu barədə yerli media Danimarkanın Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Yerli medianın məlumatına görə, Danimarka hökuməti 2027-ci ildə Rusiyadan qaynaqlanan təhdidləri nəzərə alaraq, polis və kəşfiyyat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi üçün təxminən 800 milyon kron, yəni 33 milyon avro ayıracaq. Hökumət bu vəsaitin gələn ilin büdcə layihəsi çərçivəsində ayrılmasını planlaşdırır. Büdcə layihəsinin yaxın vaxtlarda təqdim ediləcəyi gözlənilir.
Danimarkanın Ədliyyə naziri Nikolay Vamen bildirib ki, təhlükəsizlik sahəsində vəziyyətin daha da pisləşdiyi artıq açıq şəkildə görünür.
“Hazırda təhlükəsizlik sahəsində vəziyyətin daha da pisləşdiyi aydındır və bu, ölkəmizin təhlükəsizliyinə, xüsusilə müdafiə sənayesinə və kritik infrastruktura təsir göstərə bilər. Buna görə də biz təhlükəsizlik paketinə mühüm investisiya yatırırıq. Bu paket qarşıdakı illərdə polis və kəşfiyyat xidmətlərinin gücləndirilməsinə imkan verməlidir”, – deyə nazir bildirib.