Rusiyadan Azərbaycandan və Gürcüstandan keçməklə Ermənistana kənd təsərrüfatı yükünün daha bir partiyası göndərilib
Rusiyadan Azərbaycandan və Gürcüstandan keçməklə Ermənistana kənd təsərrüfatı yükünün daha bir partiyası göndərilib.
Azərbaycan mediasının məlumatına görə, Biləcəri stansiyasından ümumi çəkisi 979 ton olan taxılla yüklənmiş 14 vaqon yola salınıb.
Qeyd olunur ki, hazırda Rusiyadan Azərbaycandan və Gürcüstandan tranzit yolu ilə Ermənistana 36 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta-şalban göndərilib.
Eyni zamanda, bu günədək Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı, eləcə də təxminən 5 min ton AI-92 və AI-95 markalı benzin ixrac olunub.