Rusiyada, Yaroslav vilayətində ən böyük neft emalı zavodlarından biri yanır
Rusiyada, Yaroslav vilayətində ən böyük neft emalı zavodlarından biri yanır

 

Rusiyada, Yaroslav vilayətində ən böyük neft emalı zavodlarından biri yanır. Bu barədə məlumatı yerli hakimiyyət təsdiqləyir.

Söhbət “Slavneft” neft şirkətinin tərkibinə daxil olan və Rusiyanın ən iri zavodlarından biri olan “Novo-Yaroslavl” neft emalı zavodundan gedir.

Zavodda yanğının tüğyan etdiyini əks etdirən kadrlar rus və Ukrayna “Telegram” kanalları ilə yayılır.

Yaroslavın fövqəladə xidmətlərinin məlumatına əsasən, yanğının söndürülməsi üçün 106 nəfər və 36 ədəd xüsusi texnika səfərbər olunub.

Yaroslav vilayətinin qubernatoru neft emalı zavodunda baş verən yanğının səbəbinin texnogen olduğunu və dronların hücumu ilə bağlı olmadığını bəyan edir.

Rusiya Müdafiə Nazirliyi də Yaroslav vilayətinə ukraynalıların hücumu ilə bağlı məlumat yaymayıb. Qurumda bəyan edirlər ki, son 24 saatda Belqorod, Rostov, Saratov və Voronej vilayətlərində 20 Ukrayna dronunu məhv ediblər.

Məlumat üçün bildirək ki, Yaroslav neft emalı zavodu ildə orta hesabla 15 milyon ton neft məhsulları, o cümlədən benzin və dizel, aviasiya yanacağı, geniş çeşiddə yağlar və s. istehsal edir.