Rusiyada “Yandex”in əsas məlumat mərkəzinə dronlarla hücumdan sonra şirkətdə mərkəzin əməliyyatlarını tam dayandırdıqlarını bəyan edirlər

12:28, 08.10.2026

 

Rusiyada “Yandex” şirkətinin əsas məlumat mərkəzinə dronlarla hücumdan sonra şirkət mərkəzin əməliyyatlarını tam dayandırdığını bəyan edib. “Reuters”in məlumatında, hadisənin Ryazan vilayətində baş verdiyi deyilir.

Rusiyanın aparıcı süni intellekt və texnologiyalar şirkəti hücum nəticəsində ərazidə yanğın çıxdığını açıqlayıb. “Yandex”in məlumatına əsasən, zərər görmüş xidmətlərin bərpası istiqamətində işlər aparılır.

Şirkət, hücum zamanı məlumat mərkəzinin “zonasında” elektrik təchizatı ilə bağlı problemlər olduğunu və istifadəçilərə digər zonalardan istifadə etməyi tövsiyə etdiklərini təsdiqləyib.

Məlumat üçün bildirək ki, “Yandex” şirkəti Rusiyanın aparıcı süni intellektlərindən biri olan “YandexGPT”ni idarə edir.

Oxşar