Rusiyada, Ulyanovsk vilayətində baş verən yol qəzası nəticəsində 16 nəfər öldü

23:26, 21.08.2022

Rusiyada baş verən avtomobil qəzası nəticəsində 16 Qazaxıstan vətəndaşı öldü. Hadisə Ulyanovsk vilayətində baş veridi Məlumatı “Reuters” agentliyi yayır.

Polisin məlumatına görə, 18 sərnişini olan “Mercedes” markalı mikroavtobus iki yük maşını ilə toqquşdu.

İstintaqın məlumatına əsasən, yük maşınlarından birinin sürücüsü vaxtında əyləci vura bilmədi və mikroavtobusla toqquşub, nəticədə iki yük maşınının arasında qaldı.

Yük maşınının sürücüsü və mikroavtobusun 15 sərnişini yerindəcə dünyasını dəyişdi. Daha 3 nəfər xəstəxanaya çatdırıldı.

Oxşar