Rusiyada son koronavirusun 24 581 halı aşkar edildi, 401 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 24 581 yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 401 insan vəfat etdi, 18 mindən artıq pasiyent müalicə olunaraq sağaldı.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 089 329 təsdiq olunmuş halı aşkar edilib, 1 595 44 insan müalicə olunaraq sağalıb, 36 179 insan vəfat edib.