Rusiyada son bir gün ərzində koronavirusun 7 425 yeni halı aşkar edildi, 153 pasiyent vəfat etdi
Rusiyada son bir gün ərzində koronavirusun 7 425 yeni halı aşkar edildi, 153 pasiyent vəfat etdi. Müvafiq göstəricilər Rusiya hakimiyyəti tərəfindən yaradılan xüsusi veb səhifədə dərc olunub.
Rusiya hakimiyyətinin rəsmi statistikası ilə, ölkədə koronavirusun 599 705halı aşkar edilib, vəfat edənlərin ümumi sayı 8 359-u təşkil edir, 356 439 insan sağalıb.
Con Hopkins Univeristetinin göstəriciləri ilə, koronavirusa yoluxma hallarının sayı ilə Rusiya dünya miqyası ilə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.