Rusiyada son bir gün ərzində koronavirusun 6 693 yeni halı aşkar edildi, 154 pasiyent vəfat etdi. Müvafiq göstəricilər Rusiya hakimiyyəti tərəfindən yaradılan xüsusi veb səhifədə dərc olunub.
Rusiya hakimiyyətinin rəsmi statistikası ilə, ölkədə koronavirusun 647 849 halı aşkar edilib, vəfat edənlərin ümumi sayı 9 320-ni təşkil edir, 412 650 insan sağalıb.