Rusiyada son 24 saat ərzində koronavirusun 6 248 yeni halı aşkar edildi, 175 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 6 248 yeni halı aşkar edildi, 175 insan vəfat etdi.
Məlumatı rus mediası, operativ qərargaha istinad edərək yayır.
Rusiya hökumətinin yaydığı göstəricilərə əsasən, ümumilikdə, virusun yayılmasından bu günə qədər ölkədə koronavirusun 739 947 təsdiq olunmuş halı var. 11 614 insan vəfat edib. 512 825 insan müalicə olunaraq sağalıb.