Rusiyada son 24 saat ərzində koronavirusun 24 822 halı aşkar edildi, 467 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 24 822 yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 467 insan vəfat etdi, 26 021 pasiyent müalicə olunaraq sağaldı.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 064 748 təsdiq olunmuş halı aşkar edilib, 1 577 435 insan müalicə olunaraq sağalıb, 35 778 insan vəfat edib.