Rusiyada son 24 saat ərzində koronavirusun 22 778 halı aşkar edildi, 303 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 22 778 halı aşkar edildi, 303 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 22 778 yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 303 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 1 948 693 təsdiq olunmuş halı aşkar edilib,  33 489 insan vəfat edib.