Rusiyada son 24 saat ərzində koronavirusun 20 498 halı aşkar edildi
Rusiyada son 24 saat ərzində koronavirusun 20 498 halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 20 mindən artıq yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 286 insan vəfat etdi, virusa yoluxan 11 492 pasiyent müalicə olunaraq sağaldı.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 1 774 334 təsdiq olunmuş halı aşkar edilib, 1 324 419 pasiyent müalicə olunaraq sağalıb, 30 537 insan vəfat edib.