Rusiyada prezidentin xaricdə olan Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadə etməsinə icazə verən qanun layihəsini təsdiqləyiblər
Rusiyada prezidentin xaricdə olan Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadə etməsinə icazə verən qanun layihəsini təsdiqləyiblər

 

Rusiya Dövlət Duması prezidentin xaricdə olan Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadə etməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Bu haqda məlumatı rus mediası yayır.

Medianın məlumatına əsasən, Rusiya Silahlı Qüvvələrinin xaricdə olan Rusiya vətəndaşlarını qorumaq üçün “ekstraterritorial” istifadəsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyiblər.

Sənəd “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutur.

Qanun layihəsinin Dövlət Dumasında təşəbbüsü martın 19-da qaldırılıb. İzahat kartında deyilir ki, bu norma Rusiya vətəndaşlarının xaricdə saxlanıldığı və ya digər təqib növlərinə məruz qaldıqları hallarda onların hüquqlarını qorumaq üçün işlənilib.

Rusiya Silahlı Qüvvələrinin mümkün “ekstraterritorial” istifadəsinə dair qərarı Rusiya Prezidenti qəbul edəcək.