Rusiyada parlament seçkiləri başlayıb

11:09, 18.09.2026

Rusiyada parlament seçkiləri başlayıb. Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə üç gün – sentyabrın 18-dən 20-dək davam edəcək.
Parlament seçkilərində ümumilikdə 10 siyasi partiya iştirak edir. Onların arasında “Vahid Rusiya”, “Rusiya Liberal-Demokrat Partiyası”, “Birbaşa Demokratiya Partiyası” və “Yaşıllar” da var.

Rusiya parlamentində ümumilikdə 450 yer mövcuddur. Deputatların yarısı proporsional sistem üzrə, digər yarısı isə birmandatlı seçki dairələrindən seçiləcək. Parlamentə daxil olmaq üçün partiyalar 5 faizlik seçki baryerini keçməlidir.

İlk seçki məntəqələri Kamçatka diyarında və Çukotkada açılıb. Bununla yanaşı, Rusiya mediasının məlumatına görə, avqustun 30-dan etibarən ölkənin 37 regionunda vaxtından əvvəl səsvermə keçirilir.

Sentyabrın 16-na olan məlumata görə, artıq 203 min 952 seçici səs verib. Onların arasında xaricdə yaşayan 14 mindən çox seçici də var.

Oxşar