Rusiyada, Krasnodar diyarında neft emalı zavoduna hücum nəticəsində iki nəfər həlak olub

10:48, 25.08.2026

 

Rusiyada, Krasnodar diyarında neft emalı zavoduna hücum nəticəsində iki nəfər həlak olub. Hücumun hədəfi Krasnodar şəhərindən təxminən 25 kilometr cənubda yerləşən “Afipsky” neft emalı zavodu olub.

Regional hakimiyyətin məlumatına əsasən, obyektə dron düşüb və bundan sonra da zavodun ərazisində yanğın baş verib. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin bəyanatına əsasən, vurulmuş dronun qalıqları yaxınlıqdakı dəmir yolu vağzalına düşüb.

Nəticədə iki nəfər həlak olub və iki nəfər yaralanıb. Hücum nəticəsində, həmçinin on yaşayış evinə ziyan dəyib.

Oxşar