Rusiyada koronavirusun yeni növünün ilk halı aşkar edildi. Virusun yeni növü Britaniyadan qayıdan insanda təsdiq olundu. Bu barədə məlumatı yerli media “Rospodrebnadzor”-un rəhbərinin bəyanatına istinad edərək yayır.
Rusiya istifadəçilər hüquqlarının müdafiəsi və insanların firəvanlığına nəzarətin federal xidmətinin rəhbəri, Anna Papovanın bəyan etdiyinə görə, ölkədə koronavirusun yeni növü bir insanda təsdiq olunub.
Koronavirusun yeni növü ilk dəfə Böyük Britaniyada aşkar edildi. Yayılan məlumata görə, virusun yeni növü “COVID-19” virusu ilə müqayisədə daha da yoluxucudur.