Rusiyada koronavirusun 29 935 yeni halı aşkar edildi, 635 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 29 935 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 635 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun iki milyon 953 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, iki milyon 370 mindən artıq insan müalicə olunaraq sağalıb, 53 096 insan vəfat edib.