Rusiyada koronavirusun 29 350 yeni halı aşkar edildi, 493 insan vəfat etdi
Rusiyada koronavirusun 29 350 yeni halı aşkar edildi, 493 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 29 350 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 493 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 877 727 təsdiq olunmuş halı aşkar edilib, 2 295 362 insan müalicə olunaraq sağalıb, 51 351 insan vəfat edib.