Rusiyada koronavirusun 29 039 yeni halı aşkar edildi, 457 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 29 mindən artıq yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 457 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2.5 milyona qədər təsdiq olunmuş halı aşkar edilib, 1 937 738 insan müalicə olunaraq sağalıb, 43 141 insan vəfat edib.