Rusiyada koronavirusun 28 948 yeni halı aşkar edildi, 511 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 28 948 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 511 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun iki milyon 848 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, iki milyon 275 mindən artıq insan müalicə olunaraq sağalıb, 50 858 insan vəfat edib.