Rusiyada koronavirusun 28 776 yeni halı aşkar edildi, 561 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 28 776 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 561 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun iki milyon 906 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, iki milyon 319 mindən artıq insan müalicə olunaraq sağalıb, 51 902 insan vəfat edib.