Rusiyada koronavirusun 28 142 yeni halı aşkar edildi, 456 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 28 mindən artıq yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 456 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 488 912 təsdiq olunmuş halı aşkar edilib, 2 milyona qədər insan müalicə olunaraq sağalıb, 43 597 insan vəfat edib.