Rusiyada koronavirusun 28 080 yeni halı aşkar edildi, 488 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 28 080 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 488 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2.6 milyondan artıq təsdiq olunmuş halı aşkar edilib, 2 106 235 insan müalicə olunaraq sağalıb, 46 941 insan vəfat edib.