Rusiyada koronavirusun 27 747 yeni halı aşkar edildi, 593 insan vəfat etdi
Rusiyada koronavirusun 27 747 yeni halı aşkar edildi, 593 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 27 747 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 593 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 159 297 təsdiq olunmuş halı aşkar edilib, iki milyon 525 mindən artıq insan müalicə olunaraq sağalıb, 57 019 insan vəfat edib.