Rusiyada koronavirusun 27 328 yeni halı aşkar edildi, 450 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 27 328 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 450 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 629 699 təsdiq olunmuş halı aşkar edilib, 46 404 insan vəfat edib.