Rusiyada koronavirusun 26 mindən artıq yeni halı aşkar edildi, 561 insan vəfat etdi
Rusiyada koronavirusun 26 mindən artıq yeni halı aşkar edildi, 561 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 26 097 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 561 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2 milyon 515 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 2 milyona qədər insan müalicə olunaraq sağalıb, 44 159 insan vəfat edib.