Rusiyada koronavirusun 26 513 yeni halı aşkar edildi, 599 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 26 513 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 599 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun üç milyon 525 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, iki milyon 525 mindən artıq insan müalicə olunaraq sağalıb, 56 426 insan vəfat edib.