Rusiyada koronavirusun 26 402 yeni halı aşkar edildi, 569 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 26 mindən artıq yeni halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Ötən bir gün ərzində Rusiyada koronavirusdan 569 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 2.3 milyondan artıq təsdiq olunmuş halı aşkar edilib, bir milyon 803 mindən artıq insan müalicə olunaraq sağalıb, 40 464 insan vəfat edib.