Rusiyada koronavirusun 24 217 yeni halı aşkar edildi, 445 insan vəfat etdi
Rusiyada koronavirusun 24 217 yeni halı aşkar edildi, 445 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 24 217 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 445 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 308 601 təsdiq olunmuş halı aşkar edilib, iki milyon 525 mindən artıq insan müalicə olunaraq sağalıb, 59 951 insan vəfat edib.