Rusiyada koronavirusun 23 586 yeni halı aşkar edildi, 481 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 23 586 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 481 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 568 209 təsdiq olunmuş halı aşkar edilib, 2 960 431 insan müalicə olunaraq sağalıb, 65 566 insan vəfat edib.