Rusiyada koronavirusun 23 351 yeni halı aşkar edildi, 482 insan vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 23 351 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 482 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 260 138 təsdiq olunmuş halı aşkar edilib, iki milyon 525 mindən artıq insan müalicə olunaraq sağalıb, 58 988 insan vəfat edib.